Jurnalistlər Park Bulvarda boulinq oynadılar

jurnalistler-park-bulvarda-boulinq-oynadilar
Oxunma sayı: 1058


“Qafqazinfo”nun məlumatına görə, mətbuat işçilərinin peşə bayramlarının 138-ci ildönümü münasibətilə Park Bulvar-ın PR meneceri Günay Malikqızı yerli medianın tanınmış simalarını bir araya gətirdi. Hər il olduğu kimi bu dəfə də boulinq yarışında gərgin mübarizəyə qoşuldular. Yazılı və elektron KİV arasında keçən yarışda komanda hesabına görə televiziya jurnalistlərinin komandası qalib oldu. Amma ümumi hesabda ən yüksək göstəricini Azpress. az xəbər saytının əməkdaşı Rüstəm Fərmanoğlu tutdu. İkinci yerdə Space TV-nin tanınmış siması İdris Cəfərov, 3-cü yerdə isə ATV və 106.3 radıosunun aparıcısı Rüfət Ağayev oldu. Xanım jurnalistlər arasında ən yüksək göstəricini SİA.az xəbər saytının jurnalisti Samirə Abdullayeva göstərdi. Jurnalistlər Nigar Məmmədli, Umidə Həsənova, Ülkər Qasımova, Feliks Vişnevetskiy, Seymur Zəkəryayev, Səxavət Nur, Hüsniyyə Məhərrəmova, Rufik İsmayılov, Xeyale Reis və Elgün Mənsimovun da qatldığı boulinq oyunu maraqlı anlarla yadda qaldı. Yarışda fərqlənən media işçilərinə hədiyyələr təqdim olundu. 

Oyundan sonra bayram tədbiri Park Bulvarda yerləşən “Şokolodniça” restoranında canlı musiqi sədaları altında davam etdirildi.