Jurnalistlər üçün daha bir pul şansı

jurnalistler-ucun-daha-bir-pul-sansi
Oxunma sayı: 1223


“Qafqazinfo” xəbər verir ki, “Jurnalist krediti” kampaniyasının şərtinə əsasən, “Bank of Baku” Azərbaycan mətbuat işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 5 %-lik endirimə başlayır. Belə ki, jurnalistlərə yalnız 3 gün ərzində, 22-23-24 iyul tarixlərində “Faizlər tətilə çıxdı” kampaniyası çərçivəsində elan olunmuş 3 %-lik endirimə əlavə olaraq 2 %-lik peşə bayramı endirimi elan olunur. Beləliklə, mətbuat işçilərinə toplam 5%-lik endirim tətbiq ediləcək.

Kreditin maksimal məbləği əmək haqqı və bankla iş tarixçəsindən asılı olaraq 10.000 manat təşkil edir. Müddət – 24 aya qədər. Daha öncə “Bank of  Baku”-dan kredit almış və müsbət kredit tarixçəsi əldə etmiş media nümayəndələri bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə faydalana bilər.

“Bank of Baku” Azərbaycan jurnalistlərini peşə bayramları münasibətilə təbrik edir və onlara yeni uğurlar arzu edir. Jurnalistlərə 5 %-lik endirim “Bank of Baku”-nun bu günə kimi müxtəlif peşə sahiblərinə etdiyi kredit güzəştləri arasında ən böyük endirimdir.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək və yaxud onlayn kredit ərizəni doldurub banka göndərmək kifayətdir : http://www.bankofbaku.com/az/online-banking/credit-online.html