Jurnalistlər üçün müsabiqə

jurnalistler-ucun-musabiqe
Oxunma sayı: 647

“Qafqazinfo”ya şuradan verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması kimi mühüm hadisənin ötən 20 illik dövrünün, ayrı-ayrı spesifik cəhətlərinin mediada işıqlandırılmasını stimullaşdırmaqdan, kütləvi informasiya vasitələrinin bu istiqamətdəki yaradıcılıq dairəsinin daha peşəkar materiallarla genişləndirilməsinə, jurnalistikanın janr xüsusiyyətlərinin dərinləşməsinə dəstək göstərməkdən ibarətdir.

Müsabiqəyə KİV-lərdə - qəzet, jurnal, informasiya agentlikləri və xəbər portallarında gedən materiallar qəbul ediləcək.

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı son bir ildə mütəmadi fəaliyyət göstərən KİV-lərdə - qəzet, jurnal, informasiya agentlikləri və xəbər portallarında dərc edilməlidir.
3. Yazı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Yazılarda dil məhdudiyyəti nəzərdə tutulmur.
5. Yazıda “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi göstərilməlidir.
6. Yazının dərc olunduğu media orqanı (1 nüsxə), A4 formatda çap (1 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları təqdim olunmalıdır. Elektron media vasitələrində çap edilən yazıların linki də diskdə təqdim olunmalıdır.
7. Yazılar 9-11 min işarədən çox olmamalıdır.
8. Yazılar şəxsən 2012-cu il iyun ayının 15-dək, rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına təqdim olunmalıdır.

Yazılarda üstünlük veriləcəkdir:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist peşəkarlığı, müasir jurnalistika texnologiyalarının tətbiqi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqə üzrə 7 qalib müəyyənləşdiriləcək. Onların Türkiyənin müxtəlif görməli yerlərinə, tarixi bölgələrinə səfərləri təşkil ediləcək, həmin səfərlər çərçivəsində onların türkiyəli həmkarları ilə yaradıcılıq mübadiləsi aparmalarına şərait yaradılacaq.

Qaliblər həmçinin Azərbaycan Mətbuat Şurasının və Türkiyənin Azərbaycandakı Səfirliyinin diplomu ilə təltif olunacaqlar.