Jurnalistlər üçün təlim

jurnalistler-ucun-telim
Oxunma sayı: 647

Alyansdan “Qafqazinfo”ya verilən məlumata görə, təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Təlimdə çap və elektron KİV-də çalışan media işçiləri iştirak edə bilər.

Təlim dekabrın 15-də saat 10.00-dan – 15:00-dək Azərbaycan Media Mərkəzində keçiriləcək.

Arzu edənlər tərcümeyi halını (CV) [email protected] və ya [email protected] elektron ünvanlarına göndərə bilər.

Nigar Məmmədli