Jurnalistlər üçün yeni müsabiqə

jurnalistler-ucun-yeni-musabiqe
Oxunma sayı: 650

“Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş KİV orqanlarında - informasiya agentliyi, portal, qəzet, jurnallarda çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqə 21 iyul - 21 avqust 2012-ci il tarixləri arasında keçiriləcək və avqust ayın 27-də ekspertlərin yekun rəyi ilə qaliblər elan olunacaq.

Müsabiqənin şərtlərinə görə yazılar müsabiqə keçirilən müddət ərzində təqdim olunmalıdır və şərtlərdə göstərilən KİV orqanlarının birində dərc, yerləşmə olunmalıdır. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Məqalələrin təqdim olunmasından sonra, münsiflər 3-4 gün ərzində yazıları qiymətləndirəcək və yekun qərar veriləcək.

Sonda 1-ci yerin qalibinə Samsung Galaxy SIII, 2-ci və 3 –cü yerləri tutmuş qaliblərə isə dəyərli hədiyyələr təqdim olunacaqdır.

İştirakçıların nəzərinə! Yazını təqdim edərkən müəllif öz adını və soyadını, çalışdığı KİV orqanını, yazının dərc (yerləşmə) olunduğu KİV orqanının bir nüsxəsini və ya sayt olduğu halda linkini göstərmək şərti ilə [email protected] email ünvanına təqdim etməlidir.