Jurnalistlərdən Sarkisyanın Gümrü səfərinə- - Boykot

jurnalistlerden-sarkisyanin-gumru-seferine-
Oxunma sayı: 629


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, Sarkisyanın Gümrüyə səfəri bu günə nəzərdə tutulub.
“Asparez” jurnalistlər klubu bununla bağlı xüsusi müraciətlə çıxış edərək Sərkisyanın səfəri haqda heç bir informasiya verməməyə, bu səfəri işıqlandırmamağa çağırıb.
Jurnalistlər klubunun rəhbəri Levon Barseqyan bunu Sarkisyanın seçkiqabağı vədlərini yerinə yetirməməsi ilə izah edib. Onun sözlərinə görə, Gümrüdə hələ də zəlzələdən zərər çəkən 4 mindən çox ailə evsizdir.
“Bundan əlavə, şəhərdə səfalət, miqrasiya və kütləvi işsizlik baş alıb gedir” - deyə Barseqyan bildirib.
Oliqarx Qaqik Tsarukyanın sahibi olduğu müxalif “QALA” telekanalı da Sərkisyanın səfərini boykot etdiyini açıqlayıb.
Telekanalın bəyanatında bildirilir: 
“Sarkisyan amerikalı mesenat, həkim Ovanes Oyuncyanın vəsaiti hesabına tikilmiş və ona heç bir aidiyyəti olmayan “Vardui” incəsənət məktəbinin lentini kəsməyə gələcək. Aydındır ki, mərkəzi hakimiyyət Gümrüyə və Şirak vilayətinə xüsusən son vaxtlar diqqət ayırır. Və istənilən əlverişli fürsətdə Respublika Partiyası başqasının nailiyyətlərinin yanında öz bayrağını qaldırmağa çalışır”.
Telekanal bildirir ki, Sarkisyanın gözlənilən səfəri ilə bağlı yerli jurnalistlərin də işi məhdudlaşdırılıb. Prezidentin mətbuat xidməti jurnalistlərə tapşırıb ki, Sərkisyan gələnə qədər məktəbdən çəkiliş aparsınlar, çünki dəhlizlər dardır və prezident gələndə hərəkət etmək mümkün olmayacaq.