Jurnalistlərə yeni mənzillərin açarları təqdim olunub - Fotolar

Jurnalistlərə yeni mənzillərin açarları təqdim olunub
Oxunma sayı: 3386

Bu gün jurnalistlər üçün inşa olunan ikinci binanın sakinlərinə açarların təqdim olunması mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, ilk 50 mənzilin açarını Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə təqdim edib. 
Əli Həsənov mənzil alan jurnalistlərə bəzi tapşırıqlarını da verib. O, jurnalistlərdən xahiş edib ki, binanın fasadını korlamasınlar:

“Kondisionerlərin eyvanda quraşdırılması nəzərdə tutulub. Birinci binada bir neçə evin kondisioneri fasada quraşdırılıb ki, onlar şəhərin görüntüsünü pozurlar və bu səbəbdən sökmək lazımdır”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara hazır olduğunu qeyd edib. 












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi