Jurnalistlərimiz Avropa Şurasında - Fotolar

jurnalistlerimiz-avropa-surasinda-fotolar
Oxunma sayı: 815

Bu barədə heyətə qatılan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məlumat verib. Heyətə jurnalist Eynulla Fətullayev də daxildir. Tədbir Avropa Şurası Parlament Assambleyasının binasında keçirilir.

C. Sümərinlinin sözlərinə görə 27-29 iyun tarixlərində keçirilən toplantı zamanı Avropa Şurasının rəsmiləri, müxtəlif sahələr üzrə ekspertlər çıxış edirlər. “Etik və siyasi legitimlik”, “Daha artıq etik siyasi mədəniyyətin daşıyıcısı olan təhsil”, “Biznes etikası və korrupsiya”, “Medianın hakimiyyəti, yoxsa, hakimiyyətin mediası?”, “İnternet, yeni media və demokratik təkamül” və s. Movzularda müzakirələr aparılır.

İyunun 29-da iştirakçılara diplomlar təqdim olunacaq.