Jurnalistlərin Masazır Duz Zavoduna növbəti media-turu təşkil olunub

jurnalistlerin-masazir-duz-zavoduna-novbeti-media-turu-teskil-olunub
Oxunma sayı: 645

“Azərsun Holdinq”dən “Qafqazinfo”ya verilən məlumata görə, media-tur zamanı jurnalistlərə zavod barədə məlumatlar verilib, istehsal prosesi ilə əyani tanışlıq imkanı yaradılıb.

Qeyd edək ki, Masazır Duz Zavodu yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırılması məqsədilə “Azərsun Holdinq” və Azərbaycan İnvestisiya şirkəti tərəfindən inşa olunub. “Azərduz” və “Bizim duz” markalarının istehsal mənbəyi olan Masazır gölü, Abşeron rayonu ərazisində, paytaxt Bakıdan 21 km şimal-qərbdə yerləşir. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km²-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcuddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.

Nigar Məmmədli