Kabel oğruları tutuldu- Kriminal xəbərlər

kabel-ogrulari-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 651

Fevralın 2-də B.Səfəroğlu küçəsində yaşayan İlham Valehova məxsus «Mitsubishi Pajero» markalı avtomobil evinin qarşısından qaçırılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abdullayev avtomobillə birlikdə Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb, üzərinə baxış keçirilərkən 0,241 qram heroin aşkar olunaraq götürülüb.

Yanvarın 20-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən «Azərinşaat Servis» MMC-yə məxsus 100 metr istifadə olunmayan kabeli oğurlayanlar Sumqayıt şəhər sakinləri Etibar Əliyev və Məhər Əliyev fevralın 2-də Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olun İsmayıl Nuriyevdən 0,242 qram heroin aşkar edilərək götürülüb, ona narkotik maddə satan Sahib Əbdülov da yaxalanılıb.