Kabildə partlayış, 25 nəfər ölüb

kabilde-partlayis-25-nefer-olub
Oxunma sayı: 865

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 25-ə çatıb. Otuz beş nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Partlayış təhsil müəssisəsi yaxınlığına baş verib. Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. 

Prezident Əşrəf Qani baş verənlərlə bağlı araşdırma aparılmasına tapşırıq verib. 

Hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.