Kabildə partlayış - 31 ölü, 50-dən çox yaralı+ Yenilənib

kabilde-partlayis
Oxunma sayı: 1206

Əfqanıstanın paytaxtı Kabildə seçki məntəqəsinin qarşısında partlayış olub.

“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir terror qrupu öz üzərinə götürməyib.

***

“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində 31 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb