Kabildə partlayış - 4 ölü, 90 yaralı + Yenilənib

kabilde-partlayis
Oxunma sayı: 1018

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əcnəbilər üçün əyləncə mərkəzinin yaxınlığında yük maşını partladılıb. Nəticədə 40 nəfər yaralanıb.

İnsidentin baş verdiyi ərazidə, həmçinin, xeyli sayda xarici qeyri-hökumət təşkilatlarının ofisləri yerləşir.

***

“Euronews”un verdiyi məlumata görə, terror nəticəsində 4 nəfər ölüb, 90 nəfər yaralanıb. Yaralılardan 12-si uşaqdır.

Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.