Kabildə partlayış qurbanlarının sayı artmaqdadır - 103 ölü, 235 yaralı

Kabildə partlayış qurbanlarının sayı artmaqdadır
Oxunma sayı: 559

Dünən Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilən terror aktının qurbanları artmaqdadır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

235 nəfərin isə yaralandığı bildirilir. Ölü sayının artacağı istisna edilmir.

Bundan əvvəl partlayışda 95 nəfər öldüyü, 191 nəfərin yaralandığı açıqlanmışdı.

Qeyd edək ki, hücumu “Taliban” terror təşkilatı həyata keçirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi