Kabildə terror, ölü sayı 12-yə çatdı - Uşaqlar da var +Yenilənib

kabilde-terror-olu-sayi-12-ye-catdi
Oxunma sayı: 823

Əfqanıstanın paytaxtı Kabildə hərbçilərin olduğu avtomobil partladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. İnsident zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı ölüb. 

***

Kabildə baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb, daha 9 nəfər yaralanıb. 

Ölkə DİN-nin məlumatına görə, ölənlərdən 4-ü hərbçi, ikisi qadın və daha ikisi uşaqdır. 

Yaralıların isə 6-sı hərbçidir.