Kadırovun homoseksualları təhqir etməyi - ABŞ-ı hiddətləndirib

kadirovun-homoseksuallari-tehqir-etmeyi
Oxunma sayı: 637

“Çeçenistan prezidenti Ramzan Kadırovun ölkədəki geylərlə bağlı səsləndirdiyi fikirlər Vaşinqtonda narahatçılıq yaradıb”.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Çeçen prezidentinin şərhi bizi çox narahat edir və kədərləndirir. Dövlət Departamenti Çeçenistanda LQBT nümayəndələrinə qarşı münasibətə görə narahatlığını dəfələrlə ifadə edib”, - deyə H. Naurt söyləyib.

O, həmçinin Vaşinqtonun rəsmi Moskvanı Çeçenistanda hmoseksualların təqib olunmağı ilə bağlı xəbərləri araşdırmağa çağırdığını da vurğulayıb.

Qeyd edək ki, R. Kadırov iyulun 17-də “NVO” telekanalına intervyusu zamanı müxbirin çeçen geylərlə bağlı sualına gülüb. Belə ki, ondan ölkədə homoseksualların oğurlanması və işgəncəyə məruz qalmaları ilə bağlı yayılmış informasiyanı şərh etməsi xahiş olunub. O isə “Bu, uydurmadır. Bizdə bu cür insanlar yoxdur. Əgər varsa, o zaman Kanadaya aparın. Bizdən uzaq olsunlar” deyə bildirib.