Kaka Braziliyaya gedəcək?

kaka-braziliyaya-gedecek
Oxunma sayı: 692

“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, “Real”da qalmaq ehtimalı olmayan və “Qalatasaray”ın hədəfinə düşən Kakanın yenidən vətənində çıxış etmək imkanı var.

Məlumata görə, Kaka ilə Braziliyanın köklü klublarından olan “Santos” maraqlanır. Gənc ulduz Qansonu “San Paulo”ya satan “Santos” onun yerini “Real”ın ulduzu ilə doldurmaq istəyir.

Xəbəri “Santos”un baş məşqçisi Murisi Ramalyo da təsdiq edib: “Kakanın transferində hər şey ola bilər. Onunla maraqlanmağımız doğrudu. Kaka da Dieqo və Robinyo kimi transfer siyahımızda yer alır”.