Kaka “Qalatasaray”a gəlir?

kaka-qalatasaraya-gelir
Oxunma sayı: 725

Bu barədə ANN.Az- xəbər verir. Məlumatda bildirilib ki,İspaniya mətbuatı Mourinyonun Kakayla təkbətək görüşdüyünü və ona bu sözləri dediyini yazıb: ”Qalatasaray” ara transfer mövsümündə səni mütləq almaq istəyir. Artıq “Real Madrid”də forma geyinmək şansın yoxdur”.

İspaniya qəzetləri bu danışıqdan sonra Kakanın komandada qalmaqdan imtina etdiyini yazıb.

Mourinyo mətbuata verdiyi açıqlamada isə Kaka haqqında bu sözləri demişdi: “Kakaya komandada yer verməyə çalışıram, amma ilk 11-də oynaması demək olar ki, mümkünsüzdür. Çünki onun mövqeyi doludur. Kakanın ehtiyat oyunçular skamyasında oturmasına belə zəmanət verə bilmərəm”.