Kaladze ən varlı nazirdir

kaladze-en-varli-nazirdir
Oxunma sayı: 647

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Bidzina İvanişvilinin nazirləri arasında ən zəngin nazir energetika və təbii resurslar naziri, məşhur futbolçu Kaxa Kaladzedir.

Kaladzenin Gürcüstanda 7 torpaq sahəsi, 6 mənzili, Ukraynada da həmçinin mənzil və torpaq sahələri var. Bundan əlavə, onun 9 avtomobili – “Lexus LX570”, “Toyota LC200”, “Rang Rover Vogue”, “Rolls Royce Phantom”, “Porche Panamera”, “Lamborghini Nurcelago”, “Bentley Continental”, “Mercedes Benz S65”, “Mercedes Benz S600” və motosikletləri – “Harley Davidson Springer”, “Harley “Davidson V Rod” var.

Nazirin mülkiyyətinə rəssam Lado Qudiaşvili və Yelena Axvledianinin hər birinin 3 əsəri daxildir. Qiymətli kağızlara gəlincə isə, Kaladzenin 13 milyon 195 min 77 səhmi var ki, onların da hər bir nominalı 1 lari təşkil edir (təxminən 6 dollar).

Qeyd edək ki, Kaxa “Genoa” italyan futbol klubundan ötən il 2 milyon 762 min avro, öz avtomobillərindən birinin satışından isə 68 min dollar gəlir əldə edib.