"Qafqazinfo" Rusiya mətbuatına əsasən xəbər verir. Mərhum konstruktorla vidalaşma mərasimi Moskvada Federal-Hərbi memorial kompleksdə baş tutacaq. Məlumatda o da qeyd olunur ki, mərhumun qohumları onun İjevskdə torpağa verilməsini təkid edirlər.
Xatırladaq ki, M. Kalaşnikov ötən gün 94 yaşında uzun sürən xəstəlikdən vəfat edib.