Kaliforniya yanğının vurduğu ziyan açıqlandı - Milyardlarla dollardır

kaliforniya-yanginin-vurdugu-ziyan-aciqlandi
Oxunma sayı: 1159

Kaliforniyada “Camp” və “Woolsey” meşə yanğınları nəticəsində dəyən ziyan hesablanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Camp”ın vurduğu ziyan 7,5-10 milyard dollar, “Woolsey”in ziyanı isə 1,5-3 milyard dollar təşkil edib. Bu isə ümumilikdə 9-13 milyard dollar zərər deməkdir.

Qeyd edək ki, yanğın 100 min hektar sahəni əhatə edib. Təxminən 12 min ev və şirkətə ziyan dəyib. 80 insanın öldüyü, 1200 nəfərin isə itkin düşdüyü bildirilir.