Kaliforniyada atışma - 5 nəfər öldü

kaliforniyada-atisma
Oxunma sayı: 806

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində atışma nəticəsində 5 nəfər dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “ABC7” telekanalı xəbər verib.

Bildirilir ki, atışma iyunun 23-dən 24-ə keçən gecə yaşayış evlərinin birində baş verib. Həkimlər hadisə nəticəsində yaralananların həyatını xilas edə bilməyib.

İlkin məlumata görə, cinayəti törədən şəxs də vəfat edib.