Kaliforniyada “Boeing”in “qəbiristanlığı” tapılıb

kaliforniyada-boeingin-qebiristanligi-tapilib
Oxunma sayı: 2922

Cənubi Kaliforniyada Viktorfille aeroportunda “Boeing 737 MAX” təyyarələrinin “qəbiristanlığı" tapılıb.

“Qafqazinfo” “The Daily Mail”ə istinadən xəbər verir ki, həmin təyyarələrin uçuşu aviaqəzalar səbəbindən qadağan olunub. “Qəbiristanlıq”da “Southwest Airline” şirkətinə məxsus 35 layner yerləşir. Onlar hava limanının dayanacağında bu ilin noyabrınadək qalacaqlar. Yalnız noyabrdan sonra bu modelin uçuşuna qoyulmuş qadağa götürülə bilər.

Xatırladaq ki, daha əvvəl “Boeing 737 MAX”ın 2020-ci ildən əvvəl sərnişin daşımasına icazə verilməyəcəyi açıqlanmışdı.