Kaliforniyada da yanğınlar başladı

kaliforniyada-da-yanginlar-basladi
Oxunma sayı: 1010

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ştatın 3 bölgəsində fövqəladə vəziyyət elan edilib. Bu barədə qubernator Cerri Braun məlumat yayıb.

Onun sözlərinə görə, 1 nəfərin ölümünə səbəb olan yanğın 17 min hektara yaxın ərazini əhatə edib. Bu, evlər və  digər tikililər üçün təhlükə yaratdığına görə, sakinlərin köçürülməsi tələb edilib.

Aysel Kərimova