Kaliforniyada dəhşətli yanğın - 8 nəfər öldü, 1000-dən çox ev yandı

kaliforniyada-dehsetli-yangin
Oxunma sayı: 1207

ABŞ Kaliforniya ştatında ötən ay başlayan yanğınların miqyası genişlənməyə davam edir.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, ştatın şimalında 453 kvadrat kilometr məsafəyə yayılan yanğını söndürmək getdikcə çətinləşir. Yanğınsöndürənlər yanğının cəmi 30 faizini söndürə biliblər.

Yosemite Milli Parkının yaxınlığındakı Ferqyuson yanğını isə 234 kv.km məsafəni əhatə edir. Hadisə ilə əlaqədar park bağlanıb.

Ştatın cənubundakı Kranston bölgəsindəki yanğın isə 52 kv.km əraziyə yayılıb. Bu yanğının isə 85 faizini nəzarətə almaq mümkün olub.

Yanğınlar nəticəsində 8 nəfər ölüb, 1000-dən çox ev və iş yeri yanıb.

Yanğınların söndürülməsinə ştat rəhbərliyi tərəfindən bu günə qədər 114 milyon dollar vəsait xərclənib.