Kaliforniyada marixuananın rəsmi satışına başlanılıb

Kaliforniyada marixuananın rəsmi satışına başlanılıb
Oxunma sayı: 862

Kaliforniyada yanvarın 1-dən etibarən rekreasiya məqsədi ilə marixuananın satışına rəsmi olaraq icazə verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanuna görə, 21 yaşından yuxarı şəxslər təxminən 28 qram narkotik vasitə ala bilərlər. Bundan başqa, evdə həkim icazəsi olmadan 6 ədəd marixuana yetişdirmək olar. 

Lakin marixuananı istənilən mağazadan almaq mümkün olmayacaq. Onu satmaq üçün xüsusi lisenziya əldə etmək lazım gələcək. 

Məhdudiyyət vaxtla bağlı da tətbiq edilib. Belə ki, gecə 22:00-dan səhər saat 6-ya kimi narkotik vasitəni qəbul etməyə icazə verilmir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi