Kaliforniyada yanğın davam edir - Ölü sayı 42-yə çatdı

kaliforniyada-yangin-davam-edir
Oxunma sayı: 861

ABŞ-ın Kaliforniya ştatında 9 noyabrdan etibarən davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 42 nəfər çatıb.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, yanğının əhatə dairəsi 80 min hektara çatıb.

Malibu şəhərində 370, Paradis qəsəbəsində isə 7000-ə yaxın tikili yanıb.

Bu vaxta qədər yanğının təxminən 25 faizini lokallaşdırmaq mümkün olub. Alov küləyin təsiri ilə yayılmağa davam edir.