Kaliforniyada yanğın qurbanlarının sayı 63-ə çatdı

kaliforniyada-yangin-qurbanlarinin-sayi-63-e-catdi
Oxunma sayı: 1164

ABŞ-ın Kaliforniya ştatında 8 noyabrdan etibarən davam edən meşə yanğınları nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında bildirib.

Mәlumata әsasәn, xilasedicilər ərazidə daha 7 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 56 nəfərin öldüyü bildirilirdi.

Kori Honea daha 631 nәfәrin itkin düşdüyünü açıqlayıb.

Qeyd edәk ki, alov 11 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğını artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.