Kaliforniya ştatını cənginə alan təbiət yanğınlarında ölənlərin sayı yeddiyə yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, daha yeddi nəfər itkin hesab edilir.
Qeyd edək ki, Mendosino ətrafında başlayan yanğınlar ştat tarixinin ən genişmiqyaslı yanğınları hesab edilir. Ümumilikdə 114,5 min hektara yaxın ərazini əhatə edib.
Yanğının söndürülməsinə 4 minə yaxın yanğınsöndürmə əməkdaşı cəlb edilib.