Kaliforniyada yanğında ölənlərin sayı artdı - 6700 ev və iş yeri yandı

kaliforniyada-yanginda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1672

ABŞ-ın Kaliforniya ştatında bir neçə gündür davam edən meşə yanğınlarının yaşayış məntəqələrinə də keçməsi səbəbindən itkilər yaşanır.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Paradis qəsəbəsində ölənlərin sayı 9 nəfərə çatıb. 35 nəfərin isə itkin düşdüyü bildirilir.

362 kv.km-lik məsafəyə yayılan yanğın 6700 ev və iş yerini yandıraraq külə çevirib.

Ştatda fövqəladə vəziyyət elan edilib və yanğının hökm sürdüyü bölgələrdən 250 min nəfərin təxliyyə edilməsi barədə göstəriş verilib.