Kaliforniyada yanğında ölənlərin sayı artıb

kaliforniyada-yanginda-olenlerin-sayi-artib
Oxunma sayı: 768

ABŞ-ın Kaliforniya ştatında davam edən yanğında ölənlərin sayı 29-a çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sonoma dairəsinin polis rəhbəri Rober Ciordano məlumat yayıb.

Məlumata əsasən, ölənlərdən 15-i Sonoma, 8-i Mendosio, 4-ü Napa və 2-si Yube dairələrinin sakini olub.

Daha əvvəl 26 nəfər öldüyü bildirilirdi.

Yanğınsöndürənlər 22 yanğın ocağı müəyyən ediblər. Ümumilikdə 700 kvadrat kilometr ərazi yanıb.

Yerli hökumət xilasedicilərin bir çox rayonlara daxil ola bilmədiyini bildirib. Ölən və xəsarət alanların sayının artacağı güman edilir.