Kaliforniyada yanğında ölənlərin sayı artıb - Video

kaliforniyada-yanginda-olenlerin-sayi-artib
Oxunma sayı: 1054

ABŞ-ın Kaliforniya ştatında davam edən yanğında ölənlərin sayı 17-yə çatıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, meşəlik ərazilərdə başlayan yanğın, daha sonra yaşayış məntəqələrinə də keçib.

Yanğın zamanı 1500-dən çox ev və iş yeri, 100 hektar meşəlik ərazi yanıb.

Məlumata görə, 150 nəfər itkindir. 20 mindən çox sakinin təxliyyə edildiyi bildirilir.

Hazırda bölgədə güclü külək olduğu üçün yanğını söndürmək mümkün olmur.