Kamal Abdulla axunda hədiyyə verdi

kamal-abdulla-axunda-hediyye-verdi
Oxunma sayı: 827


“Qafqazinfo” xəbər verir ki, rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, təhsil işçilərinin, dindarların və ictimaiyyətin təmsilçilərinin iştirak etdiyi görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını vurğulamış, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb.

Qeyd olunub ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşayıblar.

Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdullayev Cəlilabad şəhərindəki Cümə məscidində dindarlarla görüşüb söhbət edib.

Dövlət müşaviri “Xütbə nümunələri”, “Azərbaycan və əhli beyt irsi” kitablarını məscidin axunduna hədiyyə edib.