Kamal Abdulla cəbhə bölgəsində

kamal-abdulla-cebhe-bolgesinde
Oxunma sayı: 859


Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ziyalılar, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycanda mövcud olan dini tolerantlıqdan, mədəniyyətlər arasındakı dostluq münasibətlərindən danışıb. Alı Alıyev bildirib ki, ölkəmizdə yaşayan müxtəlif dinlərin və mədəniyyərlərin nümayəndələri arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər, etiqadlar arasında qarşılıqlı hörmət və etirama əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb.

İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Füzuli rayonu daima tolerantlıqla, dinlər arasında qarşılıqlı anlaşma ilə fərqlənib və bu gün də fərqlənir. 

Kamal Abdullayev ölkəmizdə tolerantlıq, mültikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Görüşdə Azərbaycanda millətlərarası münasibətlər, dinlərin, dillərin və mədəniyyətlərin, multikultiralizm ənənələrinin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi sahəsində həyata keçirilən dövlət siyasəti barədə də ətraflı fikir mübadiləsi aparılıb. Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. 

Sonda Kamal Abdullayev Horadiz şəhər “Əhli Beyt” məscidində olub,  dindarlarla görüşüb.