Kamal Abdulla hesabat verdi

Kamal Abdulla hesabat verdi
Oxunma sayı: 1247


“Qafqazinfo” xəbər verir ki, bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın sədrliyi ilə keçirilən iclasda bölmə üzvləri, HİEB üzrə elmi-tədqiqat müəsissələrinin rəhbərləri, kənar təşkilatların nümayəndələri, iştirak edib. Hesabat yığıncağından öncə bölmənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin və bölmə üzvlərinin 2013-cü ildə əldə etdikləri nailiyyətləri əks etdirən sərgi nümayiş etdirilib.

K. Abdullanın bölmə üzvlərinin və bölmənin elmi-tədqiqat müəssisələrinin 2013-cü ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. O bildirib ki, hesabat dövründə Prezident İlham Əliyevin elm sahəsindəki müvafiq fərman və sərəncamlarının, Dövlət Proqramlarının icrasına uyğun olaraq bölmədə kompleks tədbirlər həyata keçirilmiş, aparılan elmi-tədqiqat işləri Azərbaycanın müstəqilliyinə, sosial-iqtisadi inteqrasiyasına, mədəni-mənəvi, intellektual inkişafına, elmimizin beynəlxalq aləmə inteqrasiyasına və bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına istiqamətlənib. K.Abdulla bölmə üzrə 2013-cü ilin elmi-tədqiqat işlərinin planlarının yerinə yetirilməsi, əldə edilmiş nəticələr, institutların hesabat ilindəki fəaliyyəti, həmçinin bir sıra digər təşkilatların mühüm nəticələri haqqında məlumat verib, AMEA-nın İqtisadiyyat, Arxeologiya və Etnoqrafiya institutlarında müqavilələr üzrə aparılmış işləri yüksək qiymətləndirib.

Diqqətə çatdırılıb ki, AMEA-nın ən böyük struktur bölməsi olan HİEB-in nəzdində 11 problem şurası, 14 elmi tədqiqat müəssisəsi, o cümlədən 3 muzey fəaliyyət göstərir. İl ərzində bölmənin 5 ümumi, 8 büro iclası keçirilib. Bölmə iclaslarında, eyni zamanda 95 elmi-təşkilati, 33 kadr və 14 cari məsələyə baxılmış, həmçinin dövlət əhəmiyyətli sənədlərin, gündəmdə olan ən aktual problemlərin müzakirəsinə geniş yer verilib.

Hazırda bölmədə 11 akademik və 27 müxbir üzv fəaliyyət göstərir. Onlar son bir il ərzində 68 kitab və 337 məqalə çap etdiriblər. Bu elmi əsərlər sırasında akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmiliyi probleminə dair”, “Azərbaycanı dəyişmiş on il: 2003-2013”, əsərləri xüsusi əhəmiyyət kəsb edir. Hesabat ilində AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun redaktorluğu ilə iki cildlik fundamental “Heydər Əliyev” monoqrafiyası və akademik Teymur Bünyadovun “Qəbələ folkloru” kitabı çapdan çıxıb.

K.Abdulla yeni nəşrlər haqqında ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, il ərzində bölmənin çap məhsulunun sayı 3 min 98 olmuşdur ki, onlardan 282-si kitab, 123-ü monoqrafiya, 2 min 463-ü isə məqalədir. Xaricdə 11 kitab, 14 monoqrafiya, 492 məqalə, 69 tezis nəşr olunub.

Hesabat ilində bölməyə daxil olan ETM-lərdə 2 min 300 nəfər çalışıb. Onlardan 5-i akademik, 14-ü müxbir üzv, 169-u elmlər doktoru, 628 nəfəri fəlsəfə doktorudur. Beş nəfər elmlər doktoru, 43 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.

Hazırda doktoranturada fəlsəfə doktoru hazırlığı üzrə 299 nəfər təhsil alır. Qeyd edək ki, ötən il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 154 nəfər qəbul olunub. 

İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək qloballaşan dünyada akademiyanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, bu sahədə AMEA-da həyata keçirilən işlərdən danışıb.

Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev çıxış edərək Akademiyanın institutlarında görülmüş işlərdən danışıb, təkliflərini səsləndiriblər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi