Kamal Abdulla zərərli dini təriqətlərdən danışdı

kamal-abdulla-zererli-dini-teriqetlerden-danisdi
Oxunma sayı: 1262


“Qafqazinfo” xəbər verir ki, rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, dindarların və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Dövlət müşaviri Kamal Abdulla ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb. O, Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs etmiş və dövlət-din münasibətləri, tolerantlıq sahəsində ölkədə həyata keçirilən fəaliyyət və layihələrlə bağlı fikirlərini bölüşüb.

Dövlət müşaviri son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirmiş, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələrlə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Sonda tədbir iştirakçılarının suallar cavablandırılıb.

Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdulla rayondakı “Babagil” pirini ziyarət edib, Lerik şəhərindəki Cümə məscidində dindarlarla görüşüb.

Günün ikinci yarısında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Yardımlı rayon ziyalıları və dindarları ilə görüşüb.

Yardmlı Rayon Mədəniyyət Sarayında keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Kamal Abdullanı yeni quruma rəhbər təyin olunması və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Dövlət müşaviri Azərbaycanda hökm sürən tolerantlıq mühiti, dövlət və din münasibətləri barədə ətraflı söhbət açıb.

Dövlət müşaviri iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Görüş başa çatdıqdan sonra Kamal Abdulla Yardımlı Cümə məscidində dindarlarla görüşüb, söhbət edib.