“KamAZ” və “Mercedes” toqquşdu - 4 yaralı

kamaz-ve-mercedes-toqqusdu
Oxunma sayı: 941

Lənkəranda yük maşını ilə minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya  istinadən xəbər verir ki, hadisə Ələt –Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı yük və  “Mercedes” markalı minik avtomobilləri toqquşub,  nəticədə 4 nəfər ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 Qəzanın səbəbləri və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.