Kamerunda oğurlanan 78 məktəbli sərbəst buraxılıb

kamerunda-ogurlanan-78-mektebli-serbest-buraxilib
Oxunma sayı: 976

Kamerunda oğurlanan 78 məktəbli sərbəst buraxılıb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, uşaqlarla birgə qaçırılan direktor və 2 müəllim isə hələ də girovluqdadır. Onların taleyi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 5-i 78-i uşaq olmaqla 81 nəfər naməlum silahlılar tərəfindən girov götürülmüşdü. Yaraqlıların hansı cinayətkar dəstəyə aid olduğu bilinmir. Hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb. 

Aysel Kərimova