Kamerunluya Bakıda 1 il həbs verildi

Kamerunluya Bakıda 1 il həbs verildi
Oxunma sayı: 695

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamerun vətəndaşı Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə V.Aurelie 1 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, V.Aurelie bir vətəndaşdan 20 min dollar alaraq pulları kimyəvi vasitələrlə 40 min dollara çevirəcəyini deyərək aldadıb və pullarını ələ keçirib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi