Kamil “Qarabağ”ın təyyarəsində söyüş söydü - Video

kamil-qarabagin-teyyaresinde-soyus-soydu
Oxunma sayı: 14041

Tez-tez sosial şəbəkədə qalmaqallı paylaşımlar edən müğənni Gülay Zeynallının əri Kamil Zeynallı yenidən söyüş söydüyünə görə gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, “Atletiko” və “Qarabağ” matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşüb. K. Zeynallı təyyarədə olarkən instaqram vasitəsi ilə canlı yayıma qoşulub. 

Bu zaman  “Məhəmməd Maqa” adlı sosial şəbəkə istifadəçisi xoşagəlməz rəylərdən istifadə edib. 

Kamil isə futbolçuların yanında yüksək səslə izləyicini və ailəsini ağır söyüşlərlə təhqir edib.

Maraqlıdır ki, “Qarabağ”ın futbolçuları da baş verənləri izləyib.

Qeyd edək ki, sözügedən video sosial şəbəkədə müzakirələrə səbəb olub və izləyicilər baş verənlərə görə klubu tənqid edib.

***

Kamil Zeynallı instagramda "Qarabağ"ın prezidenti Tahir Gözəllə şəklini paylaşaraq İspaniyaya dəvətinə görə ona təşəkkür edib.