Kamran Ağayev “Bakı”ya keçdi

kamran-agayev-bakiya-kecdi
Oxunma sayı: 638

O bildirib ki, həm “Xəzər Lənkəran”ın transferə çıxardığı qapıçı, həm də “Qarabağ”la Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına getməyəcək hücumçu ilə danışıqlar aparılıb. Hər iki oyunçu “Bakı”da oynamağa hazırdırlar. Klub prezidenti Hafiz Məmmədovun da keçidə razılığı alınsa, Ağayevlə Əliyevin transferi tezliklə həyata keçiriləcək: “Raufun “Bakı”ya keçidinin 95 faiz həll olunduğunu demək olar. Kamranın isə “Xəzər Lənkəran”dan müəyyən məbləğ qarşılığında ayrılma məsələsi var. Düzdür, Əliyev də müqavilə üzrə “Qarabağ”a məxsusdur. Amma onun keçidinə dair Ağdam klubu ilə aramızda heç bir problem yoxdur. Düşünürəm ki, Hafiz müəllim bu gün öz fikrini deyəcək. Razılıq versə, sabah Raufun transferini rəsmiləşdirə bilərik. Düşünürəm ki, Ağayevin keçidində də problem olmamalıdır”.

Klub rəsmisi qış transfer dövründə ümumilikdə 3 yerli və 3 əcnəbi oyunçu almaq istədiklərini də əlavə edib. O, “Qarabağ”ın digər oyunçusu Əfran İsmayılovun keçidinin qışda alınmayacağını açıqlayıb. Səbəb İsmayılovun “Qarabağ”da yayadək qalmağa qərar verməsidir.

Qeyd edək ki, “Bakı” Leandro Beserra, Vangelis Mantsios, Duye Bakoviç, Maris Verpakovski, Uinston Parks və Nenad Kovaçeviçdən imtina edib.