Kamran Ağayev “Neftçi”də? - “Xəzər”li fanatlar eşitməsin

kamran-agayev-neftcide-xezerli-fanatlar-esitmesin
Oxunma sayı: 657

Artıq tərəflər arasında razılaşma olub. Məlumatda bildirilir ki, Kamran dekabrın 25-də “Neftçi” ilə müqavilə bağlayacaq və rəsmi açıqlama məhz bundan sonra veriləcək.

Xəbəri dəqiqləşdirmək üçün “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladıq. Klub rəsmisi bunları dedi: “Turan”da vitse-prezident işlədiyim dövrdə Kamranı komandaya cəlb etmişdik. Daha sonra isə o, “Xəzər Lənkəran”a keçdi və oyunu ilə öz istedadını nümayiş etdirdi. O, “Xəzər Lənkəran”la problemlərini yoluna qoysa, “Neftçi”də oynaya bilər. Əlbətdə belə məsələlər qarşılıqlı razılıq əsasında həll olunur”.

Qeyd edək ki, Kamran bu ilin yayında “Xəzər Lənkəran”dan ayrılıb və həmin vaxtdan oynamır. Milli komandada 29 oyun keçirmiş 26 yaşlı qolkiper əvvəllər “Şəfa” və “Turan”ın formasını geyinib.