Kamran Ağayev “Xəzər Lənkəran”dan qovulmasına aydınlıq gətirəcək

kamran-agayev-xezer-lenkerandan-qovulmasina-aydinliq-getirecek
Oxunma sayı: 640

“Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra Lənkəran klubunun rəhbərliyi tərəfindən komandadan uzaqlaşdırılan qolkiper bu haqda bütün suallara aydınlıq gətirəcək. Bu haqda futbolçu “Qafqazinfo”nun əməkdaşına məlumat verib.

Qeyd edək ki, 25 yaşlı qapıçı “Neftçi” ilə oyunu zədə səbəbindən buraxdığını bildirsə də, “Xəzər Lənkəran” rəhbərliyi onu oyunda qəsdən iştirak etməməkdə günahlandırmış və komandadan uzaqlaşdırmışdı.
Ceyhun Əhmədov