Kamran Əliyevdən sabiq nazirin biznesi ilə bağlı suala - Cavab

kamran-eliyevden-sabiq-nazirin-biznesi-ile-bagli-suala
Oxunma sayı: 5247

Xəbər verdiyimiz kimi, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun əmlak və biznesi ilə bağlı sualını da cavablandırıb. 

O bildirib ki, mediada gedən hər bir məlumat izlənilir və araşdırma aparılır:

"Kimin biznes fəaliyyəti ilə bağlı məlumatlar yayılırsa, təhlil olunur. Əgər həmin biznes qanunsuz olarsa, zəruri tədbirlər görülür".

Murad Əhməd