Kamran Mahmudov sərbəst buraxıldı

kamran-mahmudov-serbest-buraxildi
Oxunma sayı: 1296

Azadlıq Radiosunun keçmiş əməkdaşı Kamran Mahmudov bu gün səhər saatlarında saxlanılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, o, vəkil Cavid Rzazadə ilə Gürcüstana gedərkən sərhəddə saxlanılıb. 

Polis K.Mahmudovun axtarışda olduğunu bildirib və onu Qazax rayon polis şöbəsinə aparıb.

Hazırda şöbədə saxlanılır.

***

Kamran Mahmudov sərbəst buraxılıb. Bu barədə vəkil Cavid Rzazadə "Qafqazinfo"ya açıqlamasında məlumat verib. O bildirib ki, K.Mahmudovun ölkədən çıxışına qadağa qoyulub.

Murad Əhməd