Kamran Rusiya istehsalı olan tarixi serialda baş rol aldı

kamran-rusiya-istehsali-olan-tarixi-serialda-bas-rol-aldi
Oxunma sayı: 2931

Aktyor Kamran Ağabalayev Rusiya istehsalı olan “Rus qul” (“Russki rab”) serialında rol alacaq. “Qafqazinfo” bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Ekran işinin Türkiyədə baş tutan ilk çəkiliş günündən foto paylaşan K. Ağabalayev bunları qeyd edib:

“7 saat “casting-audition”a gecikmişdim, təyyarənin nasazlığı ucbatından! Sonra 2 saat ərzində bacardığını ortaya qoymağa məcbursan! Sonra gözləyirsən! Sonra səni ilin ən böyük tarixi janrda çəkiləcək "Русский раб", yəni "Rus qul" 12 seriyalı filmində baş rollardan birinə təsdiq edirlər!”.

Qeyd edək ki, Rusiyanın “Mars Media” kinokompaniyası tərəfindən istehsal olunan serialın quruluşçu rejissoru İvan Şurxovetskidir. "Rus qulu"nda hadisələr rus çarı Boris Qodunovun hakimiyyəti dövründə baş verir və bilavasitə Osmanlı imperiyası ilə bağlıdır. Ekran işi Rusiyanın “Birinci kanal”ında yayımlanacaq.