Kanada ABŞ məhsullarını boykot etməyə başladı

kanada-abs-mehsullarini-boykot-etmeye-basladi
Oxunma sayı: 1264

ABŞ prezidenti Donald Trampın gömrük vergilərini artırması səbəbindən Kanadada ticarətçilər ABŞ məhsullarının idxalını dayandırmağa başlayıb.

“Qafqazinfo” T24-ə istinadən xəbər verir ki, yerli əhali də bu addıma dəstək verərək ABŞ məhsullarını almamağa başlayıb.

Sakinlər bildirirlər ki, artıq Kanadanın öz istehsalı olan məhsullara üstünlük verirlər. Bəziləri isə ABŞ-a səyahət etməyəcəyini də bildirib.

Qeyd edək ki, Kanadada supermarketlərdə satılan məhsulların 40-60 faizi ABŞ istehsalıdır.