Kanada Ukraynaya hərbi yardım göndərir

kanada-ukraynaya-herbi-yardim-gonderir
Oxunma sayı: 1075

Kanada Ukraynaya hərbi yardım ayırmağı planlaşdırır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Harcit Sacan bəyan edib. Onun sözlərinə görə, 2019-cü ilin martına qədər Ukraynaya 7,2 mln. dollar hərbi yardım ayrılacaq: “Hərtərəfli dəstək proqramı çərçivəsində Ukrayna ordusuna artıq 16 milyon dollar dəyərində hərbi avadanlıq ayrılıb. 2019-ci il martın sonunadək  isə 7,25 milyon dollarlıq ləvazimat ölkəyə göndəriləcək”.

Nazirin sözlərinə görə, Kanada öz tərəfdaşları ilə birgə təhlükəsiz, demokratik və uğurlu Ukraynanın inkişafı üçün çalışır.  

Aysel Kərimova