Kanadada 50-dən çox avtomobil toqquşub - Ölən və yaralananlar var

kanadada-50-den-cox-avtomobil-toqqusub
Oxunma sayı: 1123

Kanadada 50-ə yaxın avtomobilin iştirakı ilə yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,insident Monrela şəhərində qeydə alınıb.

Məlumata əsasən, magistral yolda baş verən toqquşma nəticəsində azı 1 nəfər həlak olub. Daha bir neçə nəfər isə xəsarət alıb.

Qəzaya yolun buz bağlaması səbəb olub. Toqquşmanın baş verdiyi yol bağlanıb.