Kanadada atışma - 4 nəfər öldü

kanadada-atisma
Oxunma sayı: 1309

Kanadanın Frederikton şəhərində atışma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən az 4 nəfərin öldüyü bildirilir. Bruksayd-drayv küçəsində baş vermiş atışmadan sonra sakinlərə evlərindən çıxmaması barədə xəbərdarlıq edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədənləri və insidentin səbəblərini araşdırır.

Ölənlərin sayının artacağı istisna edilmir.